TFF prezidenti ilə görüşdə Şünol Günəşin taleyinə aydınlıq gəlib

26 İyun 2021 - 11:39

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli komandanın baş məşqçisi Şenol Günəş və məşqçi heyəti ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, toplantıda AVRO-2020-dəki uğursuz çıxış müzakirə olunub.

Həmçinin çalışdırıcının aqibəti də bəlli olub. Şenol Günəşə dəstək verən federasiya prezidenti onun postunda qalacağını, dünya çempionatına birlikdə yollanacaqlarını bildirib. Həmçinin 69 yaşlı çalışdırıcı da millini mundiala daşıyacağına söz verib.

Qeyd edək ki, Türkiyə yığması iki oyununu Bakıda keçirdiyi AVRO-2020-nin qrup mərhələsindəki hər üç matçında məğlub olaraq turnirlə vidalaşıb.