Tiktoker “Vaqa” barəsində qərar verildi

Vaqa
Vaqa

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa) azadlığa buraxılıb.

AzPost qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.

Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.

Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.