“TIME” Putin və Zelenskinin reytinqini öyrənir –"Ən nufuzlu adam" kim olacaq?

ABŞ-ın məşhur “TIME” jurnalı “Dünyanın ən nüfuzlu 100 adamı”nı müəyyənləşdirmək üçün səsvermə keçirir.

Azpost.info xəbər verir ki, mayın 3-nə olan məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski siyahıya liderlik edir. Səsvermədə Ukrayna prezidentinə oxucuların 83 faizi “hə”, 17 faizi isə “yox” deyib.

Çox səs toplayanlar arasında ABŞ prezidenti Co Bayden (59 faiz), Fransa lideri Emmanuel Makron (52 faiz), Britaniya kraliçası II Yelizaveta (52 faiz) də var.

Rusiya prezidenti Vladimir Putinə səsvermədə iştirak edənlərin 80 faizi “yox”, 20 faizi isə “hə” deyib.  Səsvermənin nəticələri mayın 23-də açıqlanacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.