“Titanik” filminin son səhnəsində əks olunan qapı 40 min dollara hərraca çıxarılır.
Azpost.info bildirir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Söhbət filmin qəhrəmanı olan Keyt Uinsletin üstündə uzanaraq xilas olunduğu taxta parçasından gedir. Hərracın təşkilatçıları rekvizitin uzunluğunun 2,44 m, eninin isə 1,04 m olduğunu bildiriblər.
Maraqlıdır ki, əslində bu taxta üstündə eyni zamanda həm Keyt Uinslet, həm də Leonardo Di Kaprionun personajlarını yerləşə bilirdi.
Hərrac martın 20-dən 24-dək keçiriləcək. Lotun başlanğıc qiyməti 40.000 dollardır.
Filmin pərəstişkarları dəfələrlə onun sonluğu ilə bağlı mübahisə ediblər. Onlar hər iki personajın suyun üzərində üzən qapı üzərində uzanacaqları təqdirdə xilas ola biləcəyini iddia etdilər. Filmdə yalnız Keyt Uinsletin personajı sağ qalır. Bununla belə, “Titanik”in rejissoru Ceyms Kemeron bir dəfə qeyd edib ki, qapı cütlüyün ağırlığını saxlaya bilməyəcəkdi və nəticədə batacaqdı. Rejissor əlavə edib ki, ümumiyyətlə Cek ölməli idi, çünki hekayə faciəli idi.
Azpost.info