““Togg” üçün müraciət etmişəm, hələ gəlib çıxmayıb” –ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, yerli avtomobil “Togg”a dünyanın hər yerindən, xüsusən də qardaş türk dövlətlərindən böyük maraq var.

 Azpost.info TRT-yə istinadən bildirir ki, Antalyanın Konyaaltı Kent meydanında “Togg” sərgisinə baş çəkən M.Çavuşoğlu burada jurnalistlərin suallarını cavablandırıb: “Mən də “Togg” üçün müraciət etmişəm, lakin hələ çıxmayıb.  “Togg” artıq yollardadır. Türkiyənin hər yerindən bütün vətəndaşlarımızın böyük marağına səbəb olur. Xaricdəki vətəndaşlarımız da “Nə vaxt bizə gələcək?” deyə soruşurlar. Eyni zamanda, bütün dünyadan, xüsusən də qardaş türk dövlətlərindən böyük maraq var. “Togg” avtomobili Azərbaycan prezidenti İlham Əliyevə verildi. Türkmənistan və Özbəkistana da göndəriləcək. Türkmənistanın rəng tələbi ağdır. Ağ rəngli “Togg” bir aya çıxacaq və çatdırılacaq”.

Çavuşoğlunun sözlərinə görə, “Togg” Türkiyənin ilk milli avtomobili olması baxımından xüsusi əhəmiyyət daşıyır:   “Biz bütün dünyada – Latın Amerikasından Afrikaya qədər varıq. Təkcə Afrikada 46 missiyamız var. Bayrağımız hər yerdə dalğalandığı kimi, ümid edirəm, milli avtomobilimiz “Togg” da hər yerdə görünəcək”.

Əvvəlki məqalə

“Səddam Hüseynin dövründə daha yaxşı yaşayırdıq” –

Sonrakı məqalə

“Azərbaycan” mahnısı məşhur hind filmində –