Toivo Klaar azərbaycanlıların mina terrorunda həlak olmasını faciəli xəbər adlandırıb

“Bugünkü mina partlayışları nəticəsində azərbaycanlıların həlak olması ilə bağlı faciəli xəbərlər yayılıb”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Onun sözlərinə görə, təcili atəşkəs və real dialoq lazımdır.

“Davam edən döyüşlər vəziyyəti daha da pisləşdirəcək. Bakı ilə Qarabağ erməniləri arasında dinc yanaşı yaşamanın yeganə yolu kimi, həqiqi dialoqu təmin etmək üçün təcili atəşkəsə ehtiyac var”, – Klaar qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağda vəziyyətlə bağlı Azərbaycanla təmasdayıq”

Sonrakı məqalə

Qazaxıstan taxıl ixracını azaldır