Tom Kruzun çəkildiyi “Sağ qalan” filminin rejissorundan növbəti bir ekran əsərinin çəkilişlərinə bu il başlanacaq.
Tezliklə Böyük Britaniyanın ərazilərində “Warner Bros” kino şirkətinin və eləcə də “Legendary Entertainment” studiyasının birgə iştirakı ilə yeni filminin çəkilişlərinə başlanılacaq.
Hollivud ulduzu, aktyor Tom Kruzun baş rola seçildiyi, həmçinin tanınmış rejissor Alexandro Qonzales İnarritunun tezliklə lentə alacağı bu filmin çəkiliş tarixi hələ təsdiqlənməyib, lakin çəkilişlərin noyabr ayında başlanacağı gözlənilir.
Bu layihə rejissor İnarritunun “Sağ qalan” filmindən sonra ilk ingilisdilli filmi olacaq. O, həmçinin bu filmin prodüseri, eləcə də Nikolas Cakobone və Aleksandr Dinelaris ilə birlikdə ssenari müəlliflərindən biridir. Yeni filmin süjetinin təfərrüatları hələ də açıqlanmayıb.
Bu yeni filmdə həmçinin Sandra Hueller, Con Qudman və Maykl Stulbarq, eləcə də Cessi Plemons, Sofi Uayld kimi aktyorlar çəkiləcək.
Bu, Tom Kruzun “Warner Bros” ilə inkişaf və istehsal müqaviləsini imzalamasından sonra ilk filmi olacaq. Hollivud ulduzunun bu studiya ilə sonuncu layihəsi on il əvvəl lentə alınmış “Sabahın kənarı” filmi olub.
Oqtay Qorçu