Tovuzda 75 yaşlı kişi minaya necə düşüb? –Təfərrüatlar

Tovuzda 75 yaşlı kişinin minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

Kənd icra nümayəndəsi APA-ya bildirib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mala-qara otaran zaman evin yaxınlığında minaya düşüb.

Həmçinin nümayəndə qeyd edib ki, Abdulla Ələsgərovun evi Ermənistanla şərti sərhədə yaxın yerləşdiyi üçün ərazidə mina təhlükəsi var.

Qeyd edək ki hadisə bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində baş verib. Kənd ərazisində mina partlayışı zamanı 75 yaşlı Abdulla Ələsgərov xəsarət alıb və xəstəxanaya çatdırılıb. Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda onun Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

Əvvəlki məqalə

FHN Bulvarda gecə dənizdə batan gənci xilas edib –

Sonrakı məqalə

Avropa Parlamenti Macarıstanın Aİ Şürasının sədrliyinə keçməsini istəmir