Toyda COVID pasportu olmadan rəqs edən qonaqların cəriməsini kim ödəməlidir? –

AÇIQLAMA
27 İyul 2021 - 08:31

“COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır: “İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.