“Toyota” 3,4 milyon maşını geri çağırıb –Hansı modellərdə problem çıxıb? (ADLAR)

Yaponiyanın “Toyota Motor Corp” şirkəti dünya üzərində 3,4 milyon avtomobilini geri qaytarmaq istədiyini elan edib.

“Praym” xəbər verir ki, avtomobillərdə olan elektorn nasazlıq səbəbindən, qəza zamanı təhlükəsizlik yastıqları açılmaya bilər.

Problem “Corolla” (2011-2019), “Matrix” (2011-2013), “Avalon” (2012-2018) və “Avalon Hybrid” (2013-2018) modelləri ilə bağlıdır.

Bu avtomobillərdə quraşdırılan elektron idarəetmə bloku qəza zamanı təhlükəsizlik yastıqlarının işləməsində problem yarada bilər. (oxu.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir