“Toyota”nın ən etibarlı avtomobilləri bunlardır –SİYAHI

“Toyota” şirkətinin ən etibarlı avtomobillərinin adları açıqlanıb.

Azpost.info bildirir ki, “Toyota Venza” krossoveri ən etibarlı avtomobili elan olunub.

Bu barədə “Hotcars” portalı xəbər verir.

Portalın ekspertləri müxtəlif analitik şirkətlərin, o cümlədən “J.D. Power” və “Consumer Reports”şirkətlərinin analitik hesabatlarına istinad ediblər.

Mütəxəssislərin fikrincə, ən etibarlı Toyota avtomobilləri 2012-2015-ci illərdə istehsal olunan Venza avtomobilləridir. Reytinqdə ikinci yerdə RAV4 krossoveri, üçüncü yerdə 2007-ci il istehsalı olan “Highlander”, dördüncü yerdə isə 2008-ci il istehsalı olan “4Runner” yolsuzluq avtomobili qərarlaşıb.

Beşinci yeri 2016-cı ilin Toyota RAV4, 2021-ci ilin Land Cruiser və 2022-ci ilin Corolla Cross tutdu.

Ən etibarlı Toyota avtomobillərinin ilk onluğunu 2000-ci ilin Land Cruiser, 2018-ci ilin RAV4 və 2017-ci ilin 4Runner tamamlayır. Növbəti sırada 2018 -ci ilin Highlander və 2020-ci ilin Sequoia-sı var.

“Toyota Venza” 2008-ci ildən Şimali Amerika bazarı üçün istehsal olunan beş yerlik orta ölçülü krossoverdir. Dörd il sonra model restyling edilib və 2020-ci ildə krossoverin ikinci nəsli ilə debütünü edib. Bəzi bazarlarda model Harrier kimi tanınır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.