Elm adamları nəhayət ki, hansının birinci yarandığı ilə bağlı bu günə qədər hələ də öz aktuallığını itirməyən bir tapmacanın, sualın cavabını tapa biliblər. Beləliklə də “toyuq və ya yumurta ilk yaranıb” sualına cavab tapılıb.
Elmi baxımdan verilən izaha görə əslində toyuq canlı quş olaraq yumurtadan daha əvvəl gəlib. Bununla bağlı məlumat verən Flinders Universitetinin bir qrup zooloqu belə bir qərara gəlib.
“Cücələr təkamül prosesinin nəticəsində əmələ gəliblər, yəni bir zamanlar qismən əhliləşdirilmiş vəhşi quşların qoyduqları yumurtadan ilk çıxan əslində toyuq olub. Başqa sözlə, ilk toyuq həm də əsl toyuq yumurtası qoyulmazdan da əvvəl ortaya çıxıb. Buna görə də, əgər sual bu şəkildə şərh edilərsə, məntiqli cavabı da mütləq toyuq olacaq” deyə “Reedus” mərkəzinin alimləri bildiriblər.
Məlum olduğu kimi toyuqlar cins olaraq əvvəlcə insan məskənlərinin yaxınlığında məskunlaşan, nəticədə isə yeni bir növə çevrilən və öncə cəngəllik quşları kimi ortaya çıxıb. Yalnız bu proseslərdən sonra adi mənada eyni toyuq yumurtası ortaya çıxdı və bununla bütün toyuq quşlarının inkişafında, həyat tərzində yeniliklər baş verdi.
Artıq uzun müddətdir toyuq və yumurta məsələsi ilə bağlı çox qızğın müzakirələr gedir və daima da haqlı olduğunu sübut etmək istəyən tərəflərin elmi fərziyyələri, əks fikirləri səsləndirilir. Bəziləri bir növ kimi toyuqların hələ mövcud olmadığı bir dövrə istinad edir, lakin həmin vaxtlarda yumurtaların var olduğunu iddia edirlər. Lakin digər alimlərin fikrincə, onlar bizim təsəvvür etdiyimiz eyni toyuqlar deyildi və bunlar daha sonra təkamül prosesində toyuq kimi tanınmış qədim quş növünün yumurtaları idi. Bu baxımdan yanaşanda isə yumurtanın birinci olduğu qənaətinə gəlmək olar.
Lakin bütün bu fərziyyələrə baxmayaraq, Flinders universitetin tədqiqatçılarının iddialı araşdırmaları sübut edib ki, toyuq yumurtadan əvvəl yaranıb.
Oqtay Qorçu