ABŞ prezidenti Donald Tramp Ağ Evin rəmzi açarlarını Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.
Təqdimat Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalandıqdan sonra baş tutub.
“Sizə hədiyyəm var. İcazə verin, onu verim. Düşünürəm ki, bəyənəcəksiniz”, – ABŞ prezidenti Azərbaycan prezidentinə müraciət edərək deyib.
İlham Əliyev: “Doqquz nəvəm var. İcazənizlə hamısını aparardım”.
Donald Tramp: “Doqquz nəvəniz var? Mənə daha çox sikkə gətirin. Siz əla danışıq aparansınız. Bu sikkələr hamının xoşuna gəlir. Bu, dünyanın ən yaxşı sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Qoy nümayəndə heyətinin üzvləri gəlib sizin şəklinizi çəksinlər”.
Daha sonra Donald Tramp İlham Əliyevə Ağ Evin simvolik açarlarını təqdim edərək dedi: “Sizə daha bir hədiyyəm var. Bunlar Ağ Evin simvolik açarlarıdır. Mən onları nadir hallarda verirəm”.
Donald Tramp Memorandumu imzaladıqdan sonra İlham Əliyevə deyib: “Sizin böyük millətiniz var. “Şəxsən görüşməzdən əvvəl mənim haqqımda gözəl sözlər dediniz. Hələ biz seçkilərdə qalib gəlməmişdən əvvəl”, – Tramp Azərbaycan liderinə deyib.
İlham Əliyev də öz növbəsində dedi: “Bunlar mənim səmimi sözlərim idi. Prezident kimi ilk müddətinizdə gördüyünüz hər şeyə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmağa layiqsiniz. Son bir neçə ay ərzində siz Asiyaya, Afrikaya, nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. Bu, inanılmazdır”.
İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində deyib ki, “Prezident (ABŞ) Trampla görüş çox səmimi, dostluq şəraitində keçdi.