Tramp avqustun 25-də həbs olunacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 25-dək könüllü olaraq Corciya ştatının Fulton dairəsi həbsxanasına gəlməlidirlər. Burada o həbs olunacaq. 

Azpost.info CNN-ə istinadən bildirir ki, bu barədə Fulton polis idarəsinin məlumatında deyilir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciya seçkilərinə müdaxilə iddiasında olan digər müttəhimlər avqustun 25-dək könüllü olaraq Corciya ştatının Fulton dairəsi həbsxanasında olmalıdırlar. Burada onlar formal olaraq həbs olunacaqlar.

“Hazırda, Baş Prokurorluqdan və hakimdən alınan təlimatlara əsasən, 19 müttəhimin hamısının Rays Street həbsxanasına qəbul ediləcəyi gözlənilir” -deyə şerif in bəyanatında bildirilib.

Şeriflik izah edib ki, təqsirləndirilən şəxslər həbsxanaya gəldikdən sonra rəsmi həbs prosedurundan keçəcəklər – onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək və barmaq izləri alınacaq. “Adətən, tərəflər təqsirləndirilən şəxslərin hakimiyyətə könüllü təslim olduqdan sonra azadlığa buraxılma şərtləri barədə əvvəlcədən razılaşırlar”-, CNN qeyd edir.

Fulton qraflığının prokuroru Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Bundan sonra onlar mühakimə olunmalı olacaqlar. Hazırda bunun dəqiq nə vaxt baş verəcəyi məlum deyil. İlkin dinləmənin tarixini hakim təyin edir.

“Unutmayın ki, təqsirləndirilən şəxs istənilən vaxt gələ bilərlər. Həbsxana qapıları həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”-deyə Şerifin ofisindən bildirilib.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Rusiyanın Kaluqa vilayətinə PUA-larla hucum edib

Sonrakı məqalə

Əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə ömürlük həbs tələb olunur