Ukrayna Rusiyanın Kaluqa vilayətinə PUA-larla hucum edib

Rusiyanın Kaluqa vilayətinə PUA hucumu olub.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hava hücumundan müdafiə sistemləri Kaluqa vilayəti üzərində Ukraynaya məxsus üç PUA-nı məhv edib. Dağıntı və tələfat qeydə alınmayıb.

“Bu gün Moskva vaxtı ilə saat 05:00 radələrində Kiyev rejiminin üç pilotsuz uçuş aparatı ilə Kaluqa vilayətindəki obyektlərə hucum cəhdinin qarşısı alınıb. Bütün PUA-lar Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək məhv edilib”, – nazirliyin açıqlamasında bildirilir.

Vilayətin qubernatoru Vladislav Şapşa Müdafiə Nazirliyinin məlumatını təsdiqləyib. O bildirib ki, bölgənin cənubunda PUA-lar vurulub. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Tramp avqustun 25-də həbs olunacaq