Tramp barədə həbs qərarı ləğv edilib

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

Bu barədə Reuters məlumat verib.

Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.

ABŞ qanunvericiliyinə görə, ittiham elan edilənədək təqsirləndirilən şəxs barəsində həbs qərarı verilir. İttihamlardan sonra Trampın həbs olunacağı gözlənilmirdi. Lakin o, müdafiə tərəfinin gözlədiyindən 20-30 dəqiqə çox, təxminən iki saat həbsdə qalıb.

ABŞ-ın sabiq prezidenti Donald Tramp məhkəmədə özünü təqsirli hesab etməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.