Tramp Baydenin boşluğa əl sıxmasını ABŞ-ı cəhənnəmə apardığını bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın hazırkı administrasiyası ölkəni məhv edir.

Bu barədə Tramp tərafdarları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, saxta seçkilərlə hakimiyyətə gələn prezident Co Baydenin çaşqınlığı ölkəni cəhənnəmə aparacaq.

“Fakt budur ki, seçki saxtalaşdırıldı, oğurlandı. İndi də ölkəmiz məhv edilir. Ölkə məhv edilir, ölkə cəhənnəmə gedir. Heç vaxt belə bir şey olmayıb”, – deyə Tramp Delaver ştatında tərəfdarlarının mitinqində deyib.

Trampın fikrincə, baş verənlərin səbəbi, hazırkı Amerika lideridir. (APA)

Əvvəlki məqalə

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək

Sonrakı məqalə

Obrazları yaddaşda, səsi qulağımızda qalan sənətkar –