ABŞ prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putindən sitat gətirməsinə təəccüblənməyib.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Merilend ştatında seçki kampaniyası ilə bağlı qəbulda Bayden qeyd edib ki, Tramp bir çox məsələlərdə Moskva ilə həmfikirdir.
“Tramp köhnə dostu Putini dəstəkləyib. Hətta bu həftə sonu ondan sitat gətirib. Bu təəccüblü deyil”, – Tramp deyib.
Ötən həftə tərəfdarlarının mitinqində çıxışı zamanı Tramp Putindən sitat gətirib.
Azpost.info