Tramp bu gün Bəyanatla çıxış edəcək

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü açıqlama verəcək.

AzPost bildirir ki, bu barədə ABŞ administrasiyası açıqlama verib.

Trampın Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılan çıxışının mövzusu açıqlanmayıb. Bundan bir neçə saat əvvəl Trampa kəşfiyyatla bağlı  məruzə olunacaq.

Bir gün əvvəl Tramp bəyan etmişdi ki, o, gələcəkdə Ukraynanın uzaqmənzilli silahlarla bağlı müraciətlərini təsdiq edib-etməmək barədə qərar verəcək.

O, həmçinin cümə günü Zelenski ilə Ağ Evdə görüşməyi planlaşdırdığını təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.