Tramp indi də Cənubi Afrikanı hədələdi
Cənubi Afrika torpaqları müsadirə edir və insanların müəyyən təbəqələri ilə çox pis rəftar edir.
AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Tramp sosial şəbəkədə paylaşımında qeyd edib.
Onun sözlərinə görə, radikal sol media isə buna göz yumur. “İnsan haqlarının kütləvi pozuntuları göz qabağındadır. ABŞ buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, bu vəziyyətlə bağlı tam araşdırma tamamlanana qədər Cənubi Afrikaya gələcək bütün maliyyə vəsaitlərini kəsəcəyəm!”-deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenə zəng edərək ondan Qrenlandiyanı təhvil verməsini tələb edib.
Bu barədə “Financial Times” Avropa hökumətlərinin beş keçmiş və indiki yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrlə söhbətində mənbələr Trampın Frederiksenlə söhbətinin son dərəcə pis keçdiyini açıqlayıb.
ABŞ liderinin aqressiv olduğu, onun Danimarkadan gələn heç bir əməkdaşlıq təklifini qəbul etmədiyi, yalnız ərazilərin ABŞ-a verilməsi ilə maraqlandığı vurğulanıb.