Tramp İranı misli görünməmiş zərbələrlə hədələyib

Əgər İslam Respublikası Birləşmiş Ştatların hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ İrana indiyədək misli görünməmiş zərbələr endirəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, onun sərəncamında çox güclü fəaliyyət variantları mövcuddur.

Tramp qeyd edib ki, əgər İran hücum edərsə, ABŞ onlara indiyə qədər heç vaxt yaşamadıqları gücdə zərbələr endirəcək.

“Onlar buna inanmaqda belə çətinlik çəkəcəklər”, — Tramp vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.