Tramp “Oskar” alan “Parazitlər” filmini təhqir etdi:"Kinoakademiya nə pis mükafat verib..."

ABŞ Prezidenti Donald Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib.

“Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orda nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu, normaldır? Bilmirəm. Gəlin “Küləklə sovrulanlar”ı qaytaraq, lütfən… Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun “Parazitlər” filmi “İlin ən yaxşı filmi” seçilib. Beləliklə “Oskar” ilk dəfə ingilis dilində çəkilməyən filmə verilib. Ekran əsəri bundan başqa ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olub. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir