Baş nazir Benyamin Netanyahu ilə mətbuat konfransında ABŞ prezidenti Donald Tramp Qəzzada türk qoşunlarının olması ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, prezident Ərdoğanla əla münasibətləri var.
AzPost bildirir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“Bunu müzakirə edəcəyik. Əgər hər şey yaxşı gedərsə… düşünürəm ki, yaxşı olacaq… Türkiyə özünü çox əla göstərdi. Məncə, möhtəşəm idi. Mənim üçün çox yaxşı idi”, – deyə qeyd edib.