“Tramp və Putin döyüşəcək” –Mask və Zukerberqin döyüşünü belə şərh etdi

UFC-nin rəhbəri Dana Uayt amerikalı sahibkarlar İlon Mask və Mark Zukerberq arasında baş verə biləcək döyüşü eks prezident Tramp və Rusiya prezidenti Putin arasındakı döyüşlə müqayisə edib. 

Azpost.info bildirir ki, bu barədə MMA News xəbər verir.

Uayt qeyd edib ki, o, iş adamlarının mümkün döyüşünü “böyük mübarizə” hesab edir: “Bu döyüşün nə qədər böyük olduğunu düşünün. Ən zəngin və ən güclü iki oğlan ən böyük arenada mübarizə aparacaq”.

Uayt deyib ki, hər kəs belə bir döyüşü görmək üçün pul ödəməyə razı olacaq.

Tramp bu mübarizəni üstələmək üçün Putinlə döyüşməli olacaq” -deyə Uayt vurğulayıb.

Bundan əvvəl İlon Maskın atası Britaniyanın “The Sun” tabloidinə müsahibəsində oğlunun boynundakı zədə səbəbindən Zukerberqlə döyüşdən geri çəkilə biləcəyini bildirmişdi.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.