Alyaskada ABŞ və Rusiya prezidentləri arasında görüş başlanıb.
AzPost bildirir ki, hərbi bazada hər iki prezident təyyarədən düşərək üzbəüz gələrək görüşüblər.
Putin və Tramp bir-birinin əlini sıxıb və eyni avtomobildə yola düşüblər.
Rusiya və ABŞ prezidentləri fotoqraflara poza vermək üçün dayanıb və yenidən əl sıxıblar. Prezidentlər jurnalistlərin suallarını cavablandırmayıblar. Onlar eyni Cadillac-a minərək yola düşüblər.
Qeyd olunur ki, Putin üçün Moskvadan “Arus” markalı avtomobil gətirilib.
Görüş Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında keçirilir. “Üç-üçə” danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakov da iştirak edir. Fotosessiyadan sonra jurnalistlərin otağı tərk etmələri tələb olunub.


