ABŞ prezidenti Tramp İranın dini rəhbəri Əli Xameneyinin öldürülüdüyünü bəyan edib.
Azpost.info bildirir ki, o, bununla bağlı Truth Social sosial şəbəkəsində yazıb.
Tramp İranın Ali lideri Ayətullah Əli Xameneyinin raket zərbəsi nəticəsində öldüyünü elan edib.
Tramp həmçinin Xamneyinin yüksək vəzifəli şəxslərlə görüşü zamanı harada olduğu barədə məlumatların ABŞ kəşfiyyatı tərəfindən əldə edildiyinə işarə edib.
“O, kəşfiyyat və yüksək texnologiyalı izləmə sistemlərimizdən qaça bilmədi. İsraillə sıx əməkdaşlıq çərçivəsində o və onunla birlikdə öldürülən digər liderlər heç nə edə bilmədilər.
Bu, İran xalqının ölkələrini geri almaq üçün ən böyük şansdır. Eşidirik ki, onların SEPAH, ordusu və digər təhlükəsizlik və polis qüvvələrində bir çoxları artıq döyüşmək istəmir və bizdən toxunulmazlıq gözləyirlər. Ümid edirəm ki, SEPAH və polis İran vətənpərvərləri ilə sülh yolu ilə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün birlikdə çalışacaqlar. Bu proses tezliklə başlamalıdır”-deyə Tramp yazıb.
ABŞ prezidenti deyib ki, “kütləvi və dəqiq hədəflərə bombardmanlar bütün həftə ərzində və ya məqsədimizə çatmaq üçün lazım olan müddət ərzində fasiləsiz davam edəcək!”
