Prezident Trampda qocalıq əlamətləri özünü göstərir.
AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verir.
Nəşr yazır ki, 79 yaşlı ABŞ prezidentinin həm ictimai, həm də özəl həyatında qocalma əlamətləri özünü açıq göstərir. Köməkçiləri və dostları onunla ucadan danışmalı olurlar, çünki eşitməkdə çətinlik çəkir.
Tramp qolfdan başqa idman etmir, duzlu və yağlı qidalar (hamburger, kartof qızartması) yeyir. Əksər vaxtlarda həkimlərin məsləhətlərinə məhəl qoymur və “yaxşı genetika”ya istinad edir.
Buna baxmayaraq, Amerika lideri sağlamlığına əmindir və tənqidlərə mənfi reaksiya verir.
Trampın sözlərinə görə, o, təxminən 25 ildir ki, yüksək dozada aspirin qəbul edir. Həkimlər ona dozanı azaltmağı məsləhət görüblər, lakin o, “inanca” görə imtina edib.
“Mən bir az xurafatçıyam. Deyirlər ki, aspirin qanı durulaşdırır və mən ürəyimdən qatı qan axmasını istəmirəm. Ürəyimdən gözəl, təmiz qan axmasını istəyirəm.” – deyə Tramp WSJ-yə verdiyi müsahibədə deyib.