Donald Trampın prezidentiliyinin 3-cü ili daha çox impiçment prosesi ilə yadda qalacaq. Lakin 2019-cu ilin iqtisadi xəritəsinə nəzər salsaq, prezidentin Twitter-də öyündüyünü görmək olur. Lakin gələcəklə bağlı narahatlıq doğuran sahələr də az deyil.
Çinlə ticarət müharibəsinə baxmayaraq, ABŞ-da iqtisadi irəliləyiş qeydə alınıb.
Vergilərin ixtisarı və milli borcların kəskin şəkildə artması ilə faiz ödənişləri ölkənin illik büdcəsinin çox hissəsini təşkil edəcək. Eyni zamanda, biznes dövriyyəsinin azalması ilə Federal Ehtiyatlar Mərkəzi mənfi təsirlərin azaldılması üçün heç bir alətə malik olmayacaq.
İş, iş, iş
Yeni iş yerlərinin açılışı Trampın 2016-cı il seçkiqabağı kampaniyasının əsas amalı idi. Trampın 2017-ci ildə hakimiyyətə gəlməsi ilə 6.8 milyon yeni iş yeri açılıb.
2019-cu ildə iş marketlərinə 1.97 milyon yeni iş yeri əlavə edilib.
İş yerlərinin davamlı şəkildə artması işsizlik səviyyəsini 3.5% edib. Bu, son onilliklərin ən aşağı göstəricidir. İş yerlərinin artımı Trampın hakimiyyətə gəlməsi ilə əlaqəli deyil. Bu tendensiya 2011-ci ildən bəri qeydə alınır. O vaxtdan 2016-cı ilədək hər il 2.43 milyon, Trampın dövründə isə hər il 2.42 milyon iş yeri açılıb.
Artım
Tramp hakimiyyətinin ilk iki ili ərzində iqtisadi artım əhəmiyyətli dərəcədə artıb. 2011-lə 2016-cı il arasında Amerika ümümi daxili məhsul hər il 2.07 artım əldə edib. Tramp dövründə bu göstərici 2.9% təşkil edib.
2019-cu ildə isə artım 2.1% olub.
Ticarət
2019-cu ildə Tramp Çinlə ticarət müharibəsini intensivləşdirib. On milyard dollarlıq mallara tariflər tətbiq edilib. Bunun nəticəsi olaraq, amerikalı alıcılar Çin mallarına əlavə pullar ödəməli olub. ABŞ ixracına ciddi ziyan dəyib. Tariflərdən əldə edilən gəlirin çox hissəsi Çin tariflərinə görə ziyana məruz qalan fermalara ödənib.
Marketlər
İqtisadçılar və digər mütəxəssislər “səhm birjaları iqtisadiyyat deyil” xəbərdarlığını etməyə tələsəcək və onlar haqlı olacaq. Amma marketlər investerlərin yatırım əminliyinin göstəricisidir. Trampın təxminən üç illik prezidentliyi müddətində orta bazar göstəriciləri yeni rekordlar vuraraq artmaqda davam edir.
Defisit
Davamlı iqtisadi inkişaf vergi gəlirlərini artırmalıdır. Federal hökumətdən gözləntilər defisitlərin azaldılmasıdır. Tramp administrasiyası dövründə isə bunun əksi müşahidə edilib.
İqtisadi inkişaflara baxmayaraq, defisit artıb. 2019-cu ilin sentyabrında federal borclar 984 milyard dollar təşkil edib.(Amerikanın Səsi)