“Donald Trampın sağ-salamat olduğunu eşitdiyimə şadam… Sui-qəsd cəhdində şübhəli bilinən şəxsin tez bir zamanda saxlanılması yaxşı haldır. Bu, bizim prinsipimizdir: qanunun aliliyi hər şeydən önəmlidir”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Trampa sui-qəsd cəhdi ilə bağlı məlumatı şərh edərkən deyib.
O qeyd edib ki, dünyanın heç bir yerində siyasi zorakılığa yer olmamalıdır.
Zelenski Trampa və yaxınlarına ən xoş arzularını da çatdırıb.
Azpost.info