Tülkü min il əvvəl ev heyvanı olub

Argentinanın Pataqoniya bölgəsində aparılmış tədqiqatlar vaxtilə yerli əhalinin tülküləri əhlilləşdirdiyini sübut edir.

Məlumat beynəlxalq elmi jurnallarda dərc olunub. Pataqoniyada 1500 illik qəbri açan arxeoloqlar burada insan skeleti ilə yanaşı tülkü skeletinə də rast gəliblər. Bu da insanların həmin dövrdə tülkünü ev heyvanına çevirdiklərini deməyə əsas verir. Halbuki Pataqoniyada itlər təxminən 900 il əvvəl əhlilləşdirilib.

Tarixçilərin fikrincə, əhlilləşdirilmiş tülkülər pataqoniyalı ovçuları və yığıcıları gündəlik həyatda müşayiət edib. Onların ölçüləri də indiki tülkülərdən daha böyük – müasir alman çoban iti ölçüsündə olub.

Qəbirdə aşkar edilmiş tülkünün qidalanması da maraq doğurur. Biokimyəvi analiz göstərir ki, tülkünün qidası o dövrün sakinlərindən çox da fərqlənmir. Bu dördayaqlıların əsas yeməyi qarğıdalı və digər bitkilər olub.

Əvvəlki məqalə

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Sonrakı məqalə

Arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar