“Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Hayderson Hurtado vurub. Qonaq komandanın müdafiəçisi İqor Ribeyro 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub. “Araz-Naxçıvan” isə 44 xalla ikinci sırada qərarlaşıb.

Günün son oyunu “Neftçi Arena”da keçiriləcək. Saat 19:00-da start götürəcək mərkəzi görüşdə lider “Qarabağ” “Neftçi”nin qonağı olacaq.

Hazırda 53 xalı olan Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 24 xalla altıncıdır.

Qeyd edək ki, ötən gün XXIII turun açılış matçında “Zirə” səfərdə “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib. Tura fevralın 17-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Səbail” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.