Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclası keçirəcək –Vaxt açıqlandı

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.

Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

VİP sədri Əli Əliyevin məhkəməsi başlanıb –

Sonrakı məqalə

Nazarbayevin qardaşı oğlu Almatıda saxlanıldı –