Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr vahid əlifbanın yaradılmasını müzakirə edirlər.
Azpost.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, türk dövlətlərinin dil birliyi və ortaq əlifbaya keçidi prosesini sürətləndirmək üçün hər ölkədən iki nümayəndənin daxil olduğu komissiya yaradılıb.
Komissiyanın ilk iclası Qırğızıstanda keçiriləcək. Daha sonra komissiya vahid əlifba ilə bağlı hesabatı qurumun Ağsaqqallar Şurasına təqdim edəcək.
Türk Dövlətləri Təşkilatına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.
Azpost.info