Türkiyədə inflyasiyanın yenidən yüksəlməyə başlaması Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Azpost.info fins.az -a isinadən xəbər verir ki, dünən Bakı vaxtı ilə saat 12:40-da Dollar 5.9746 lirəyə bərabər olub. Lirə Dollar qarşısında 0,3% də dəyərdən düşüb. Bu gün açıqlanan məlumata görə, Türkiyədə illik inflyasiya Dekabrda 10,56%-dən 11,84%-ə yüksəlib.
Türkiyə hərbiçiləri Liviyaya gedir. Belə ki, Türkiyə Böyük Millət Məclisi Türkiyənin Liviyaya əsgər göndərilməsi haqqında qanun layihəsini qəbul edib.
Həmçinin 16 Yanvarda Türkiyə Mərkəzi Bankının iclası keçiriləcək. Türkiyədə inflyasiyanın yenidən artması Mərkəzi Bankın faiz endirməsini çətinləşdirir. 2019-un ikinci yarısında Mərkəzi Bankın cəmi 12 bəndlik faiz endirimləri Türkiyənin real faizini sıfıra yaxınlaşdırıb və Rusiya və Cənub Afrika kimi digər inkişaf edən bazarlara görə faiz üstünlüyünü azaldıb.