Türkiyə gecə Suriyaya endirdiyi cavab zərbəsinin nəticələrini açıqladı –

5 vertolyot, 23 tank, 23 top, 309 əsgər məhv edilib
28 Fevral 2020 - 13:41

Türkiyə müdafiə naziri Hulusi Akar 33 türk əsgərinin şəhid edilməsindən sonra Əsəd rejiminə verilən cavab zərbələrinin nəticəsinin açıqlayıb.

Açıqlamada deyilir:

“Xain hücumdan sonra təyyarə, PUA və qurudan atəşə dəstək vasitələrimizlə 200-dən çox rejim hədəfi intensiv atəşə tutulub. Atəş nəticəsində 5 vertolyot, 23 tank, 23 top və ÖAQ, bir SA-17, bir SA-22 HHM sistemi məhv edilib, 309 rejim hərbçisi zərərsizləşdirilib”. (Avropa.info)