Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu –FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün beş namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi prodüserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (üçüncü yer) və “Səs Azərbaycan” (üçüncü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. O, 2017-ci ildə Almatıda “Silk Way Star” (üçüncü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan  Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12-i və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Avroviziya-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri təxirə salıblar

Sonrakı məqalə

Türkiyə gecə Suriyaya endirdiyi cavab zərbəsinin nəticələrini açıqladı –