Türkiyə hərbçilərinin Azərbaycanda yerləşdirilməsinə dair mandatın uzadılması təklif olunub.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bunun bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.
Qanun layihəsində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin qalma müddətinin uzadılması qeyd olunub.