Türkiyə səfiri general Polad Həşimovun anası ilə görüşdü –

-FOTOLAR
05 Oktyabr 2021 - 13:21

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.

Bu barədə türkiyəli diplomat “Twitter”də bildirib.

Səfir qeyd edib ki, Polad Həşimovun anasına Türkiyə bayrağı hədiyə edilib.

Diplomatın sözlərinə görə, Səmayə Həşimova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türk millətinə salamlarını çatdırmağı xahiş edib.