Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

13 Aprel 2020 - 14:21

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, sədirlikdən qeyd olunub.