Türkiyənin Milli Müdafiə Nazirlıiyi Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir.
Nazirlik qeyd edib ki, hava əməliyyatları PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilir.
Türkiyə Hərbi Hava Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatının adı açıqlanıb.
Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında PKK/KCK/YGP və digər terror ünsürlərini zərərsizləşdirmək üçün “Pence Kılıc” hava hərəkatı həyata keçirildiyini açıqlayıb.
Qeyd edilib ki, Türkiyə BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, özünü müdafiə məqsədilə bu əməliyyatı həyata keçirib.