Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində iş aparılır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarda səs verə bilər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.