Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, işğal altındakı torpaqlarını qaytarmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycan 9 noyabrda imzalanan üçtərəfli bəyanatla döyüş meydanındakı zəfərini diplomatiya masasında da rəsmiləşdirib, illərdir icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz iradəsi ilə həyata keçirib.
Bəyanatda Azərbaycanın zəfəri ilə zorla yaşadığı yerlərdən didərgin düşmüş azərbaycanlıların qayıdışına imkan yaranmasından məmnunluq ifadə olunub.
“Qarabağ Zəfəri sadəcə, işğal altındakı torpaqları azad etməyib, bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açıb. Sürətlə abadlaşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu kimi regionun çöhrəsini dəyişdirən layihələr Azərbaycanın gücünün göstəricisidir. “İki dövlət, tək millət” inancı ilə, Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu bölüşürük. Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – bəyanatda qeyd olunub