Türkiyədə 5 bal gücündə zəlzələ olub

17 Noyabr 2021 - 17:23

Türkiyənin Düzce vilayətində 5 bal gücündə yeraltı təkan qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 15:40-da baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. İstanbul da daxil olmaqla bir çox bölgədə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Kandilli Rəsədxanası zəlzələnin gücünü 5,2 bal olaraq hesablayıb.