Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyənin Düzce vilayətində 5 bal gücündə yeraltı təkan qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 15:40-da baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. İstanbul da daxil olmaqla bir çox bölgədə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Kandilli Rəsədxanası zəlzələnin gücünü 5,2 bal olaraq hesablayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada ölkədə 2025 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Sonrakı məqalə

Rusiya Azərbaycan və Ermənistanı sərhədlərin demarkasiyasına başlamağa çağırıb