Türkiyədə bu gün COVID-19-dan 196 nəfər ölüb

05 Dekabr 2020 - 21:02

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 196 nəfər ölüb.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda  178 903 nəfər koronavirus  testindən keçib, 6128 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 31 896 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə azalaraq 5800 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 533 198 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 705 nəfəri ölüb. (APA)