Türkiyədə GLADİO planı və Sedat Pekerin açıqlamaları

16 May 2021 - 14:50

Türkiyənin media və siyasi kuluarları son bir neçə gündür qaynayır. Səbəb heç də hansısa siyasi hadisə və ya siyasi fəaliyyət deyil. Heç kimin ağlına belə gəlməyən bir mafiya nümayəndəsinin youtube kanalları vasitəsilə ilə yayınladığı video müraciətlərdir.

Yəqin söhbətin bir zamanların kriminal avtoriteti, daha çox da ülkücü siyasi kəsimə və dövlətə loyallığı ilə ad çıxarmış Sedat Pekerdən getdiyini anlamısız. Çoxları üçün hələ də qaranlıq qalmaqdadır ki, belə bir ad-san sahibi olan, hər zaman dövlətin hüquq mühafizə orqanlarının qara işlərində istifadə olunan şəxsin açıqlamaları niyə bu qədər siyasi arenanı çalxalamaqdadır.

Adətən inkişaf etməkdə olan ölkələrin çoxunda kriminal avtoritetlərin mütləq əksəriyyəti iqtidarın oğru dünyasına nəzarət etmək üçün müstəsna rol oynadığı adamlar olur.

Bu Türkiyə  kimi ölkələrdə yaxın tarixin vazkeçilməz sindromu olub. Çünki 1950 -ci illərdən başlayaraq ölkədə artan SSRİ təhlükəsinə qarşı ABŞ-ın bir sıra Avropa ölkələrində “GLADİO” adı verilən proyektin təməlləri adətən milliyyətçilik, dövlətçilik, müstəqillik və s. kimi xalqın həssas və duyarlı olduğu dəyərlər şüar edilərək qoyulmuşdu. Baxmayaq ki, sosializm meylli Türkiyə solcuları ən az sağ təbəqə olan qarşı tərəf -ülkücüler qədər vətənpərvər idilər.

Bir sözlə GLADİO  projesi demək olar ki, müvəffəqiyyət ilə həyata keçdi. Yəni bunun sayəsində qismən kommunizmin Şərqi Avropa və Türkiyədə yayılması böyük çətinliklərlər hətta qan bahasına əngəllədi. Qan bahasına deyəndə bu “qan” məhz məsum xalqın yəni bir-biri ilə siyasi- ideoloji fərq dolayısıyla mübarizə və münaqişə aparan sağ və sol təmayüllü insanların, qısaca desək xalqın öz qanı oldu. Heç şübhəsiz xalqın, daha doğrusu xalqın qeyrətili oğullarının sırf siyasi təfəkkürü üçün qurban getməsində GLADİO təşəkküllərinin müstəsna xidmətləri oldu.

Məhz ötən əsrin 70 və 80-ci illərində qarşılıqlı münaqişələrə hər iki tərəfdən xalqın olduqca bacarıqlı, vətənpərvər oğulları şəhid oldu. Onların arasında Dəniz Gezmiş, Mahir Ciyan, Çətin Emeç, Abdi İpekçi, Turan Dursun, Uğur Mumcu və sayı minlərlə olan oğulları saymaq olar. Beləliklə xalqın dəyərli nüsxələri bu sağ-sol çatışmasının qurbanı oldular.

İndi həmin hadisələrdən illər sonra yaxın tarixi araşdırdıqda əslində olanların Gladionun qurbanları olduğunu açıq şəkildə sezmək olur.

Bu da bir açı reallıqdır ki, gənc nəslin bir-biri ilə ideoloji fikir mübarizəsində fitili yandıran tərəf hər zaman Gladioçular olmuşdu. Belə ki, Türkiyə tarixində 1960 -ildən başlayaraq minlərlə falili-məchul- yəni tətikçisi, naməlum qalan yüz minlərlə cinayət ,daha çox da qətllər olub. Beləliklə bu cinayətkarlar, günümüzə qədər müəmmalı qalan qatillər son dövrlər ilahi ədalət nəticəsində gün işığına çıxır: Ortaya çıxan ip ucları sayəsində məlum olur ki, cinayətlər, qətllər Gladionun killerliyini qəbul edən yerli kriminal aləmin nümayəndələrinin əli ilə həyata keçirilib.

AKP iktidarının ilk illərində məhz siyasi görüşünü bəyənmədiyim Ərdoğanın baş nazirliyinin ilkin dövründə ölkədə həyata keçirilən “Ergenekon ” əməliyyatı zamanı çox şey deşifrə olundu. Məhz Ərdoğanı sırf bu müvəqqətiyyətinə görə təbrik etmək olardı.

İndi mətləbdən uzaqlaşmayaq gələk Sedat Peker adlı kriminal avtoritetin son günlər ölkədə ajiotaj yaradan video müraciətlərinə. Pekər dövlətlə arasının pozulması nəticəsində demək olar ki, Türkiyədən qaçıb. Ərdoğan ilə BƏƏ şeyxlərinin münasibətlərinin pis olmasından yararlanaraq orda sığınacaq tapıb. Bütün video çıxışlarını da öz dediyinə görə Dubaydan edir. Bir sözlə “açır sandığı tökür pambığı”.

Konkret olaraq özünə lazım olan siyasi mühacir adını əziyyətlə də olsa təmin edən  S.Peker atdıq ard -arda  youtube üzərindən 4 video yayımlayıb ki, hər biri sanal aləmdə reytinq rektordları qırıb. Hər müraciət-çıxışı 5 milyondan artıq izlənib Türkiyədə.

Çıxışlarını mütamadi izləyən və Türkiyə siyasi ictimai həyatına bələd biri kimi deyə bilərəm ki, ardı da olacaq. Çünki Peker hələki daha çox Türkiyədə “dərin dövlətin başı” dediyi sabiq daxili işlər naziri olmuş Mehmed Ağarı, hazırki daxil işlər naziri Süleyman Soylunu hədəf almaqdadır.

Şəxsən bir azərbaycanlı kimi mənim daha çox diqqətimi onun, bizim xeyriyyəçi iş adamı Mübariz Mənsimovun həbsi ilə bağlı dediyi faktlardır. Onun açıqlamasından belə çıxır ki, Mübariz Mənsimov sırf əmlakı və sahib olduğu Bodrumda dəyəri milyardlarla ölçülən strateji əhəmiyyətli gəmi limanı əlindən alınmaq üçün şərlənərək həbs olunub. Hətta bu həbs baş verməmişdən əvvəl Azərbaycandan onu öldürmək üçün Lotu Quli Mehmet Ağarın istəyi ilə Türkiyəyə yerləşib. Daha detallarına varmaq istəmirəm. Çünki hələki çıxışlar virtual aləmdə aktivdir, günlərlə izlənilir. Amma bu da inkar edilməz bir reallıqdır ki, Mübariz Mənsimovun bir zamanlar sahibi olduğu liman artıq Mehmet Ağara yaxın adamların əlindədir. Hər halda Sedat Peker belə idda edir.

Əslində belə görünür ki, Peker öz çıxışları ilə Türkiyənin bu günkü iqtidarını hədəfə almaq niyyətindədir.

Anar Xəyali