Türkiyədə iki nazir vəzifəsindən istefa verib

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və səhiyyə naziri Fahrettin Koca vəzifələrindən istefa veriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Mehmet Özhaseki və Fahrettin Kocanın yerinə müvafiq olaraq Murat Kurum və Kemal Memişoğlu təyin ediliblər.

Türkiyə Prezidentinin buna dair qərarı “Rəsmi” qəzetdə yayımlanaraq qüvvəyə minib.

Qeyd edək ki, Türkiyənin yeni təyin olunan səhiyyə naziri Kemal Memişoğlu 2016-cı ildən indiyədək İstanbul şəhər səhiyyə müdiri vəzifəsini icra edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə 2018-2023-cü illərdə eyni vəzifədə işləyib.

Əvvəlki məqalə

ABŞ Ali Məhkəməsi Trampın toxunulmazlığı ilə bağlı qərar qəbul edib

Sonrakı məqalə

Müəllimlərin işə qəbulu üzrə test imtahanı başlanır