Türkiyədə partiya sədri koronavirusdan ölüb

14 Aprel 2020 - 11:40

Türkiyədə partiya sədri koronavirusdan vəfat edib.

Müstəqil Türkiyə Partiyasının sədri (BTP) Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, səkkiz ailə üzvü də koronavirusa yoluxub.

Dörd gün xəstəxanada müalicə alan 73 yaşlı H. Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, H. Baş vəfat edib.