Rusiyada bir gündə 2774 nəfər koronavirusa yoluxub-22 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 2774 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 21 102 nəfərə çatıb.

Son sutka ərzində 22 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 170-ə çatıb.

Sağalanların sayı 1694 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu naləyə görə Allah bizə bir cəza verməliydi” –

Sonrakı məqalə

Türkiyədə partiya sədri koronavirusdan ölüb