Türkiyədə baş vermiş zəlzələdən sonra axtarışda olan 25 nəfər vətəndaşımız var.
APA-nın Türkiyə müxbiri Tural Əsədi Qaziantepdən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu o demək deyil ki, onların başına hansısa bir iş gəlib:
“Telefonlarını itirmiş ola bilərlər, elektrik olmadığı üçün telefonları sönmüş ola bilər. Bu siyahı böyük idi, lakin azala-azala gedir”.
Səfir Malatyada itkin olan 4 rtələbəmizin axtarışlarının da davam etdirildiyini bildirib.